Artıq yay fəslinə çox az qaldığına görə bir çox insan pəhrizə başlayıb. Aydın məsələdir ki, hər kəs çimərlik geyimlərində və ya qısa top köynəklərdə arıq görünmək istəyir. Qışda soyuq və şaxta olduğuna görə insan daha çox acıyır. Bu proses də arıqlamanı əngəlləyir. Amma yayın istisi insanın iştahını kifayət qədər azaldır.
Bəs pəhrizdə olarkən hansı qidalardan imtina etməliyik? Doğru bildiyimiz yanlışlar hansılardır?
Yenicag.az uzaq durmalı olduğumuz 5 qidanı və səbəblərini təqdim edir.
Şirniyyat əvəzləyicisi olduğuna inandığımız çərəzlər həqiqətən də az kalorilidir. Məsələn, çayın yanında badam, fındıq və qoz kimi qidaları tükətmək həm şəkər istəyini azaldır, həm də kökəltmir. Amma həmin çərəzləri gün ərzində 4-5 dənədən artıq yemək olmaz. Çünki nə qədər az olsa da, tərkibində yağ var və çox yeyəndə elə şirniyyatla eyni kaloriyə malik olur.
İnsanlar pəhrizdə olarkən, səhərlər yumurta və ya pendir yerinə yulaf əzməsi yeməyə üstünlük verir. Amma bu doğru deyil. Çünki yulafın tərkibində lif azdır. Tərkibində lifdən çox karbohidrat var. Bu isə sağlam şəkildə çəki itirməyə mane olur.
Hər kəs inanır ki, salat yemək ən doğru seçimdir və sürətlə arıqladır. Bu da doğru bildiyimiz yanlışlar arasındadır. Salatlar, xüsusən də restoran salatlarının tərkibində evdə bişmiş qazan yeməklərindən daha çox yağ və qatqılar olur. Məsələn, bir sezar salatında 1000-dən çox kalori var.
Meyvələrin insanları kökəltdiyinə inanılır. Buna görə də meyvə əvəzinə meyvə qurularına üstünlük verilir. Lakin meyvə quruları insanlar tərəfindən hazırlanır, təbii deyil. Tərkibində şəkər və digər qatqılar olur. Məsələn, bir bütov ərikdə sadəcə 79, amma ərik qurusunda isə 300-dən çox kalori var.
Əsl süddən hazırlanmış pendirin tərkibində yüzlərlə vitamin olur. Bundan əlavə, həmin pendirləri pəhriz menyularında da istifadə etmək mümkündür. Amma “parmesan”, “çeddar” kimi pendirlər kökəlməyə səbəb olur. Çünki sözügedən pendir növlərini hazırlayarkən həddindən artıq yağdan istifadə olunur.
Şahanə Paşa
www.yenicag.az