!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlarda fobiya yaradan AMİLLƏR: “Bunun kökündə ölüm qorxusu dayanır”

!Reklam – Yazi

“Bu gün hər hansı insanın fobiyası varsa, onun nəyəsə qarşı travması var, yəni travma daha sonra insanda fobiyanı formalaşdırır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanlarda qorxu və fobiyanı formalaşdıran səbəblər haqda danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, qorxu istər aşağı yaşlarda, istərsə də insanın yaşı artanda belə, həmin qorxular sadəcə şəklini dəyişmiş olur:

“Hər bir insanın müəyyən qorxusu olur. Uşaq vaxtı arıdan, böcəklərdən, daha sonra böyüdükdə- 12-13 yaşına çatdıqda ruhlardan, varlıqlardan qorxmağa başlayırıq. Bir az daha yaş ötdükcə hündürlük, tək qalma qorxumuz özünü göstərir. İrəliləyən yaşlarda kişilərdə və qadınlarda müxtəlif qorxular olur. Kimisi itirmək, tərk edilmək qorxusu ilə yaşayır. Eləcə də insanlarda valideyn olmaq, evlənmək kimi qorxular da mövcud olur. Bu da aşağı yaşlarda yaşadığmız travmalarla bağlı olaraq formalaşır. Ümumilikdə heyvanlardan qorxu da insanların həyatının müəyyən vaxtlarında olur. Bu gün elə insanlara rast gəlirik ki, onlar yetkin insanılardır, amma bu yaşda belə itlər, pişiklərdən qorxurlar. Bunun əsası da uşaqlıq illərinə gedib çıxır”.

Psixoloq qeyd edib ki, qorxu və fobiya tamamilə fərqli anlayışlardır:

“Qorxu hər bir insanın həyatında var və bunun olması da təbiidir. Fobiya isə tamam başqa anlayışdır. Bu, bizim yaşamaq keyfiyyətinə təsir edən, komfortumuzu pozan bir sıra hallarla izləyə bilir. Məsələn, biz arıdan sancacağına görə qorxa bilərik, bu təbiidir, lakin kimisə arı sancdıqdan sonra dünyasını dəyişib xəbərini eşitdikdə bu artıq fobiyaya çevrilir. Məsələn, ilanı gördükdə çox böyük qorxu keçiririk.

Əslində, qorxumuz ilanın bizi sancması deyil, onun sancması nəticəsində ölmək qorxusudur. Yəni bunun kökündə ölüm qorxusu dayanır. Məsələn, hər hansı bir tələbə imtahandan qorxur, əslində bu qorxu imtahan qorxusu deyil, onun nəticəsində baş verəcək hadisələrin- kəsilmək, valideyn tərəfindən danlanmaq qorxusudur. Fobiyanı aşağı yaşlardan bzəzən elə valideynlər özü uşaqlarda formalaşdırır.

Vaxtilə valideynlərimiz canlıya, heyvana mərhəmətli olmağı öyrədib. Lakin indiki bəzi valideynlər bir az fərqlidir. Məsələn, bu gün valideyn övladına “it səni tutacaq, ona daş at” deyir və uşaq da yerdən daşı götürərək ona atmağa başlayır. Amma anlamır ki, itə atdığı həmin daş sabah onda mərhəmətsizlik duyğusunu yaradacaq. O həmin daş da sonrakı illərdə valideynə yönəlmiş olur. Eləcə də uşağa “pişiyə təpik vur ondan sənə xətəlik keçəcək” deyən valideynlər də var.

Düzdür, pişikdən, itdən insana xəstəlik keçməsi halları olur, amma onu övladımıza normal şəkildə başa salmalıyıq. Yoxsa, “itə daş at, pişiyə təpik vur”la uşaqlarımızı tərbiyə etməməliyik. Uşağımıza “ehtiyatlı ol avtomobil gəlir”, demək əvəzinə, “avtomobil səni vuracaq” deyirik. Bunu edən valideynlər gələcək də uşaqlarında yaranan fobiyalarla qarşılaşırlar. Bu gün hər hansı insanın fobiyası varsa, onun nəyəsə qarşı travması var, yəni, travma daha sonra insanda fobiyanı formalaşdırır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv