!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad olunan ərazilər və aqrar istehsalda MÜMKÜN SIÇRAYIŞ: “Bu işlər həyata keçirilmədən...”

!Reklam – Yazi

“Əgər ekstensiv yolla məhsul istehsalını artırmaq niyyətindəyiksə, bunun səmərəsi olmayacaq”.

Bu fikirləri Azərbaycan ərazilərinin işğaldan tam azad edilməsinin kənd təsərrüfatı məhsullarının istehsalına mümkün təsirini şərh edən ekspert Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müsbət nəticənin əldə edilməsi üçün bütün ölkə üzrə intensiv texnologiya və müasir suvarma sistemi tətbiq olunmalıdır:

“Nəticə üçün bütün ölkə üzrə intensiv texnologiya və müasir suvarma sistemindən tam şəkildə istifadə etməliyik. Həmçinin aqrotexniki qaydalardan yararlanaraq yeni növlərin becərilməsi həyata keçirilməlidir”. Bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə aqro təsərrüfatın inkişafı üçün mövcud vəziyyəti dəyərləndirən alim-aqronom Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirb. Ekspertin sözlərinə görə sözügedən ərazilərimizdə su resurslarının mövcudluğu o demək deyil ki, oradan davamlı olaraq lazımi nəticə əldə etmək mümkündür. Bunun üçün xeyli işlər görülməlidir.

“İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatına yararlı sahə təxminən 600 min hektardır. Onun da təqribən 238 min hektarı əkinə yararlı hesabı olunur. Bu ərazilərimizin potensialından tam şəkildə istifadə etməliyik. Qeyd olunmalıdır ki, həm adıçəkilən, həm də digər ərazilərimizdə ümumi tələbatımızı ödəyəcək həcmdə məhsul istehsal edə bilməyəcəyik. Müsbət nəticə üçün bütün ölkə üzrə intensiv texnologiya və müasir suvarma sistemi tətbiq olunmalıdır.

Eyni zamanda, aqrotexniki qaydalardan yararlanaraq yeni növlərin becərilməsi həyata keçirilməlidir. Müasir problemlərdən biri olan iqlim dəyişikliyi fonunda yeni növlərin yetişdirilməsi vacibdir. Sadalanan işlər görülmədən torpaq bizə heç nə verə bilməz. Torpaq sahəsinin genişləndirilməsi indiki bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmalıdır. Əgər ekstensiv yolla məhsul istehsalını artırmaq niyyətindəyiksə, bunun səmərəsi olmayacaq. Çünki ekstensiv yolla rəqabət qabiliyyətli məhsul istehsal etmək mümkün deyil.

Haqqında danışdığımız əraziləridə müvafiq şərait, eləcə də su ehtiyatları mövcuddur. Lakin bu hələ o demək deyil ki, oradan davamlı olaraq lazımi nəticə əldə etmək mümkündür. Bunun üçün hələ xeyli işlər görülməli, səviyyəli kadrlar hazırlnamalıdır. Azərbaycanda savadlı aqronomların sayı çox deyil. Həmçinin istehsal vasitələri, keyfiyyətli gübrə təminatı davamlı olmalıdır. Bu vasitələrin fermer və kəndlilər üçün əlçatanlığı təmin edilməlidir. Yalnız bəhs olunan işlərin həyata keçirilməsindən sonra nəticə əldə edə biləciyik”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv