Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Lotu Quli” qətlində MÜƏMMA - Rövşən Lənkəranskinin qardaşı danışdı

“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib.

O, “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfər dünən Bakırköy məhkəməsinə çıxarılıb. Şübhəlilər N.A., C,K., E.A. və M.Y. barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Türkiyə mediasının iddiasına görə, Namiq Canıyev də axtarışa verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ildə, “Lotu Quli” isə 2020-ci ildə qətlə yetirilib.

www.yenicag.az

519
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100