!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun sərsəm bəyanatı və İrəvanın SEÇİMİ: “Ermənistanın indi özünü necə aparacağını...” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan sərhədlərin 1991-ci il, Azərbaycan isə 1918 və ya 1920-21-ci illərə aid xəritələr əsasında müəyyənləşdirilməsini istəyir”.

Bu fikirləri Ermənistanın əsas hamisi kimi çıxış edən Fransa Prezidenti Emmanuel Makronun ötən həftə səsləndirdiyi əsassız bəyanatların İrəvanın nizamlama prosesindəki davranışına mümkün təsirini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, belə destruktiv bəyanatlar addımları proqnozlaşdırılmayan Ermənistanın davranışları ilə bağlı qeyri-müəyyənliyi daha da artırır:

“Öncə bundan başlamaq istərdim ki, Makronun məlum bəyanatı tam əsassız və qərəzli olmaqla yanaşı, diplomatik qayadalara tamamilə zidddir. O baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev Astana sammitindəki çıxışında Makronun yersiz fikirlərinə çox tutarlı cavab verərək, Bakının dəyişməz mövqeyini bir daha diqqətə çatdırdı.

Təbii ki, Makronun əsassız bəyanatı Ermənistanı öz aləmində ruhlandırmaya bilməz. Bu isə addımları proqnozlaşdırılmayan Ermənistanın nizamlama prosesindəki davranışları ilə bağlı qeyri-müəyyənliyi daha da artırır. Ona görə də bu sualın cavabı qarşıdakı müddətdə aydın olacaq.

Bu gün üçün aydın olan hələlik budur ki, İrəvan Azərbaycanın hazırladığı sülh sazişinin mətni ilə bağlı mövqeyini indiyə kimi ifadə etməyib. Əvəzində isə hər iki ölkədən olan sərhədlərin delimitasiyası üzrə işçi qruplarının növbəti toplantısının Brüsseldə keçirilməsini təklif edib. Məncə, Bakının bu təklifi müsbət qiymətləndirməsi mümkündür.

Lakin burada da yetərincə ziddiyyətli məqamlar var. Yəni Ermənistan sərhədlərin 1991-ci il, Azərbaycan isə 1918 və ya 1920-21-ci illərə aid xəritələr əsasında müəyyənləşdirilməsini istəyir. Bu səbəbdən, işçi qruplarının harada toplanmasından asılı olmayaraq, bəhs etdiyimiz məsələ də açıq qalmaqdadır. O da aydındır ki, sərhədlərlə bağlı razılığa gəlinmədən böyük sülh sazişinin imzalanması problemli görünür. Bu gün üçün vəziyyət budur, yaxın gələcəkdə nələrin olacağı isə atılacaq addımlardan görünəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv