Reklam

Reklam

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Yenicag.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 39 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Taxil haqqında”, “İcra haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”, “Televiziya və radio yayımı haqqında”, “Lotereyalar haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və.s qanunlarına, o cümlədən Seçki, Mülki, Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bu dəyişiklik layihələrinin əksəriyyəti uyğunlaşdırma xarakterlidir.

Deputatlar eyni zamanda yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihələrinə də baxacaqlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1680
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."