Reklam: High Technic
hightechnic

Oqtay Əsədovdan replika: "Yaddaşımızın meqabaytı az olub"

Milli Məclisin bugünkü plenar iclasında bir sıra deputatlarla yanaşı Tahir Kərimli də çıxış edib.

Yenicag.az xəbər verir ki, deputat “31 mart – azərbaycanlıların soyqırımı” barədə danışaraq qeyd edib ki, ermənilər zaman-zaman öz mənfur xislətlərini göstəriblər:

“Tarix boyu ermənilərin yalanları ilə üzləşmiş, onların xalqımıza qarşı törətdiyi vəhşiliklərin, soyqırımın şahidi olmuşuq. Amma biz yenə də onların əməllərini unutmuşuq. Lakin elə faciələr var ki, onları yaddan çıxartmaq olmaz”.

Tahir Kərimlinin bu çıxışına reaksiya verən spiker “görünür onda yaddaşımızın meqabaytı az olub”- deyə, replika atıb.

Araz Zeynalov

www.yenicag.az

2594