!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəlləşdirmə çekləri ilə bağlı iqtisadçıdan çağırış: "Dövriyyəsi təmin olunmalıdır" - VİDEO

!Reklam – Yazi

Bir müddət öncə deputat Tahir Kərimlinin Milli Məclisin iclasında özəlləşdirmə çekləri ilə bağlı çıxışı bu məsələnin aktuallığını daha da artırıb. Təkcə sıravi vətəndaşlar deyil, bir sıra ictimai nüfuzlu şəxslər də uzun müddətdir həllini tapmayan özəlləşdirmə çekləri ilə bağlı problemin yoluna qoyması ilə bağlı çağırışlar edirlər.

Hətta bu fonda əlində çekləri qalan yüz minlərlə vətəndaş haqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıblar. Sözügedən məktubla buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Mövzu ilə bağlı Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Ona görə də dövlət müvafiq proqram çərçivəsində əllərdə qalan özəlləşdirmə çeklərinin investisiya axınında istifadəsinə imkan yarada bilər:

“Özəlləşdirmə çeklərinin effektiv şəkildə dövriyyəyə qayıtması müsbət nəticələrə yol aça bilər. İşğaldan azad olunmuş ərazilərimizdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyac var. Özəlləşdirmə çeklərinin bu prosesə cəlb olunması yerli investisiyaların həcmini artırmaqla yanaşı, dövriyyəyə yaxşı təsir edəcək”.

İqtisadçı Elşad Məmmədovun sözügedən açıqlamasını təqdim edirik:

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

COP29

www.yenicag.az

3366
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv