!Reklam

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə tariflərə baxılması, gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb.