!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əsas millimizin üzvü U-21 yığmasına cəlb olundu

!Reklam – Yazi

Bakıda Moldova yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun müdafiəçisi Cəlal Hüseynov hazırlıq prosesində iştirak edəcək.

Bundan əlavə, sentyabrın 27-dəki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da olacaq.

Qeyd edək ki, Cəlal Hüseynov UEFA Millət Liqasında Slovakiya və Qazaxıstanla görüşlər üçün əsas yığmaya cəlb olunsa da, matçlarda meydana çıxmayıb. Səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən milli Bakıda Qazaxıstanı 3 cavabsız qolla üstələyib.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv