!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva-Bakı reysinə aviabiletlərin qiyməti neçəyədir?

!Reklam – Yazi

“Azərbaycan Hava Yolları” QSC Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.

Aviaşirkətdən Yenicag.az-a bildirilib ki, biletlərin maksimal qiyməti ekonom sinif üzrə 409 avro, biznes sinfi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümündən və bir sıra digər kriteriyalardan asılıdır.

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv