!Reklam

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Gənclər və İdman Nazirliklərinin dəstəyi, Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilən "İki dövlət, tək millət gənclərlə əbədi" layihəsi çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Gənclər Mərkəzlərinin nümayəndələri Azərbaycana səfər edib.

Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər.

15 sentyabr – Bilik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, "Kapital Bank" və "Mastercard"ın dəstəyi ilə sosial aksiya həyata keçirildi. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verildi.