!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist efirə çıxmaqdan imtina etdi - AÇIQLAMA

!Reklam – Yazi

Tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova bir müddət efirə çıxmaqdan imtina edib.

Yenicag.az-a açıqlama verən aktrisa bu barədə özü qərar verdiyini açıqlayıb. O, şəhidlərin 40 mərasimi olana qədər efirlərə çıxmayacağını bildirib:

“Düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olan 50 şəhid ailəsinin kədərinə hörmət əlaməti olaraq 40 mərasimləri olana qədər televiziya efirlərinə çıxmayacam. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılara şəfa versin”.

Qeyd edək ki, aktrisa Vətən müharibəsi bitən dönəmdə də övladı şəhid olan ailələrə hörmət olaraq televiziya verilişlərinə çıxmayacağına qərar vermişdi. O, sözünü tutaraq bir il efirə çıxmadı.

Cəvahir

www.yenicag.az

1163
Ads
www.veteninfo.com
!Reklam – Arxiv