!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-nin regionda gərginliyin artmasına yönəlik fəaliyyətini nəzərə alsaq...” – RƏY

!Reklam – Yazi

“Belə bir şəraitdə Ərdoğanla Baydenin hansısa mühüm məsələlərdə anlaşma əldə edəcəkləri inandırıcı deyil”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında qarşıdakı günlərdə nəzərdə tutulan görüşdə tərəflərin anlaşma ehtimalını şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, Türkiyə ilə ABŞ-nin regionda cərəyan edən proseslərə yanaşmalarındakı ciddi fikir ayrılıqları prezidentlərin görüşündə nəticə əldə olunmasını istisna edir:

“Təbii ki, Türkiyə və ABŞ prezidentlərinin görüşü ciddi sayılacaq bir hadisədir. Amma bu görüşdən və aparılacaq müzakirələrdən müsbət nəticələr, razılaşmalar gözləmək imkan xaricindədir. Bu da səbəbsiz deyil.

Bildiyiniz kimi, Türkiyə ilə ABŞ arasında regional proseslərə yanaşmada kəskin mövqe fərqləri mövcuddur. Bu sırada Suriyada gedən prosesləri xatırlatmaq yetərlidir.

Eyni zamanda, ABŞ-nin Suriyadakı terror şəbəkələrinə hərtərəfli dəstək verməsi və onlardan Türkiyəyə qarşı istifadə siyasəti də Ankara ilə Vaşinqton arasında gərginliyin artmasının əsas səbəblərindən biridir. ABŞ-nin regionda gərginliyin artmasına yönəlik fəaliyyətini nəzərə alsaq, mənzərə aydınlaşar.

O baxımdan, belə bir şəraitdə Ərdoğanla Baydenin hansısa mühüm məsələlərdə anlaşma əldə edəcəkləri inandırıcı deyil. Doğrudur, ola bilsin, prezidentlər müəyyən, o qədər də vacib olmayan məsələlərdə razılığa gəlsinlər. Ancaq bunun ciddi mövzuları əhatə edəcəyini düşünmürəm”.

A.Zeynalov

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv