!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP vətəndaşlara müraciət etdi

!Reklam – Yazi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Yenicag.az-a bildirib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:

“Bu gündən etibarən yollarda, xüsusəndə məktəblərə yaxın ərazilərdə azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri daha da artacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmalarını, hərəkət sürətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmaqlarını, valideynlərdən və məktəb kollektivlərindən isə uşaqları mütəmadi olaraq təlimatlandırmalarını xahiş edirik! Hər hansısa bir bədbəxt hadisənin, qəzanın baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi riayət etmələrini bir daha xahiş edirik!”

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv