!Reklam

8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair sazişin imzalanması mərasimi baş tutub.

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda suçlanaraq həbs edildikdən sonra 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova və zərərçəkmiş bir neçə şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ittiham aktında sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması tələbinin rəddinə dair Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətə baxılıb.

"TuranBank" ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır. Adıçəkilən layihə Avropa Birliyi "EU4Business Initiative Fondu", Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.