!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkilləri əxlaqsız formada yayacağı ilə şantaj edən şəxs yaxalandı - VİDEO

!Reklam – Yazi

“Instagram”da xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta “Instagram” hesablarında yaydığı barədə məlumatlar daxil olub.

Əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.

Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv