!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara-Afina xəttində yüksələn GƏRGİNLİK: "Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirilməsi..."

!Reklam – Yazi

“Aralıq dənizi regionunda baş verən proseslərdə, müharibə təhdidində Türkiyədəki seçiklərə təsir etmək və bununla da ictimai-siyasi vəziyyəti qarışdıraraq seçkilərin nəticələrinə hesablanmış addımları da görürük”.

Bunu son günlər Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.İlyas Hüseynov bildirib ki, iki ölkə arasındakı gərginlik vaxtaşırı xarakter alıb:

“İki ölkə arasındakı gərginlik bəzən müharibə etmək həddinə qədər gəlib çıxır. Görürük ki, Qərb koalisiyası, ABŞ tərəf tutur, Yunanıstana hərbi yardımlar edirlər, bu da Türkiyə tərəfindən qəzəblə qarşılanır. Həm Yunanıstan, həm də Türkiyə NATO blokunda təmsil olunur. Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirilməsi rəsmi Ankara tərəfindən də böyük hiddətlə qarşılanır.

Münasibətlərdə gərginliyin artması fonunda müdafiə nazirlərinin görüşündə gərgin münasibətin şahidi olduq. Bundan sonra hərarət aşağı düşməyə başladı. İndi isə yenidən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Yunanıstana yönəlik bəzi addımların atıla biləcəyi ilə bağlı fikirlər rəsmi Afina tərəfindən böyük narahatlıqla qarşılanıb. Eyni zamanda, hərbi sahədə tərəflərin müqayisəsinə baxanda Türkiyənin böyük bir üstünlüyünü görürük. Qərb tərəfi bu üstünlüyü qapatmaq üçün addımlar atır. Hər halda Türkiyə öz maraqlarından geri çəkilməyəcək. Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri zamanı səsləndirdiyi bəynat Rusiya ilə münasibətlərin pozulmayacağına və Qərbin addımlarının yanlış olduğuna bir işarə idi. Rusiya hazırda əlində olan qaz silahından istifadə etməyə başlayıb.

Aralıq dənizi regionunda baş verən proseslərdə, müharibə təhdidində Türkiyədəki seçiklərə təsir etmək və bununla da ictimai-siyasi vəziyyəti qarışdıraraq seçkilərin nəticələrinə hesablanmış addımları da görürük. Bunlar çox məkrli planlardır. Bu, Türkiyədə hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasına qarşı qurulmuş oyun kimi də qiymətləndirlə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv