!Reklam

“Küçədən keçəni dartıb gətirirlər efirlərə. Baxmırlar, çılpaqdır, geyimlidir. Səhər-səhər xoruz buraxa-buraxa oxuyurlar. Guya canlı oxuyurlar. Nə qədər kanal var, hamısı bir-birini təkrarlayır. Eyni müğənnilər, eyni simalar. Simalar deməyim, məşhur bir ifadə var e, eyni "sıfat"lar. Nə qədər olar axı. O boyda MTRŞ yaranıb, nəyə baxır o qurum?”