!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Krım da daxil olmaqla, Ukrayna əraziləri tamamilə azad edilməlidir” – Polşa Prezidenti

!Reklam – Yazi

“Qdansk və Lyublin Polşanın bir parçası olduğu kimi, Krım da Ukrayna ərazisidir”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri “Krım platforması”nın 2-ci Sammitindəki çıxışı zamanı Polşa Prezidenti Ancey Duda deyib.

Ukrayna dilində çıxış edən Polşa Prezidenti bildirib ki, Krım da daxil olmaqla, Ukrayna əraziləri tamamilə Rusiya işğalından azad olunmalıdır:

“Krım Ukraynadır. Qdansk və Lyublin Polşanın bir parçası olduğu kimi, Krım da Ukrayna ərazisidir və belə də qalacaq.

Biz artıq heç bir halda bu il fevralın 23-nə qədər mövcud olmuş xəttə qayıda bilmərik.

Rusiya Ukrayna ərazilərini işğal edərkən onunla hər hansı ticarət aparılması mümkün deyil. Rusiya işğal etdiyi Ukrayna ərazilərini Krımla birlikdə geri qaytarmalıdır.

Mən Ukraynanın tərkibində olan Krımı görəcəyimə inanıram. Vladimir, mən inanıram ki, siz mənə Krımı göstərəcəksiniz”.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv