!Reklam

Bu il fəaliyyətinin 30-cu il dönümünü qeyd edən, ölkənin iqtisadi və sosial həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların inkişafına öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.