!Reklam

Türkiyə Cümhuriyyətinin qurucusu və  ilk dövlət başçısı  Mustafa Kamal Atatürk tərəfindən dünya uşaqlarına hədiyyə olunmuş 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hər il ənənəvi olaraq Türkiyə Respublikasının Gəncədəki Başkonsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi övladları, həmçinin kimsəsiz ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur.

Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən, “Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala hazırlanması və emalı prosesləri araşdırılıb.