!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan erməni xalqı üçün qazanc yeri kimi görünməyə başlamalıdır" - Politoloq

!Reklam – Yazi

“Azərbaycan Qarabağın yetmiş beş faizini işğaldan azad edib. Yerdə qalan iyirmi beş faiz həm Rusiyanın, həm Fransanın, həm də ABŞ-nin əlində bölgədə nüfuz qazanmaq uğrunda mübarizə vasitəsidir. Bu amildən hər bir dövlət istifadə etmək istəyir”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva səfərindən sonra əvvəlki bəyanlarına zidd fikirlər səsləndirməsinə  münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, münaqişənin qalıqlarının asanlıqla aradan qaldırılacağını düşünmək sadəlövhlükdür:

“Münaqişənin qalıqları asan aradan qalxmayacaq, bunun əksini düşünənlər çox sadəlövh insanlardır. Bunu düşünən insanlar münaqişənin beynəlxalq miqyasını və astarını bilmirlər. Münaqişə Azərbaycan-Ermənistan münaqişəsi deyil. Münaqişə Rusiyanın bölgəni nəzarətdə saxlama, digər böyük güclərin bölgəni Rusiyanın əlindən çıxarmaq üçün eyni üsuldan, alətlərdən istifadə cəhdlərindən ibarətdir.

Diplomatiyamızın məharətindən asılıdır ki, təhlükəli məqamlardan ustalıqla keçsin, əldə etdiklərini daha da gücləndirsin. Bu işdə Azərbaycana mütləq Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması lazımdır. Türkiyənin İrəvanda, Ermənistanın Ankarada təmsilçilikləri açılsın. Türk biznesi Ermənistana girsin. Ermənistan əhalisinin düşüncə tərzi, əhval-ruhiyyəsi tədricən dəyişsin. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsın. Azərbaycan erməni xalqı üçün qazanc yeri kimi görünməyə başlasın. Xəyallar, “Böyük Ermənistan”, “Qarabağın müstəqilliyi” tədricən arxa plana keçsin. Onsuz da erməni xalqının ictimai şüurunda qırx dörd günlük müharibədən sonra böyük dəyişikliklər baş verib. Bunu görməmək üçün insan, gərək, kor olsun. Parlament seçkilərində xalqın yetmiş beş faizinin Paşinyana səs verməsi göstərir ki, cəmiyyətdə dəyişiklik başlayıb. Sadəcə dəyişiklik hələlik xalqın yetmiş beş faizini əhatə edir. İyirmi beş faizi isə xəstə təxəyyülə malik olanlar əhatə edir.

Vəziyyəti gərginləşdirmədən, açıq qarşıdurmaya getmədən, qanlı-qadalı hadisələrdən yayınaraq erməni cəmiyyətini istəməliyik və erməni cəmiyyəti də anlamalıdır ki, onların Rusiyaya, Fransaya, ABŞ-yə ümidləri əbəsdir. Onların yeganə təhlükəsizliyi və firavannlığı Azərbaycan və Türkiyədən asılıdır”.

Səxavət Məmməd

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv