!Reklam

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün təşkil edilən hazırlıq kurslarının əhatə etdiyi peşə-ixtisas sahələri sırasına əmək bazarında aktual olan daha 50-yə yaxın sahə əlavə edilib.

DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin aprelin 7-də keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.

"Son yüzillikdə olduğu kimi yenə də Avrasiya dərin ziddiyyətlər, gərginliklər və qeyri-müəyyən gələcəklə üz-üzədir. I və II Dünya Müharibəsindən sonra ikinci dəfədir ki, bəşəriyyət irimiqyaslı müharibə və nüvə təhdidi altındadır. Xüsusilə də Avropanın geosiyasi sərhədləri daxilində gərginlik pik həddə çatıb".

"Sosial mənzil anlayışını Azərbaycan qanunvericiliyinə gətirən şəxs olaraq deyirəm ki, Azərbaycan sosial mənzil adı altında baş verən hadisələr bir qrup şəxsin varlanmağına xidmət edən, dost-aşnaya iş yeri yaradan, biznes fəaliyyəti ilə məşğul olmaq üçün bir "layihə"dir. Bu layihədən nə qədər tez imtina edilsə, Azərbaycanda rəqabətli ipoteka şərtləri formalaşa bilər".