Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Müğənni, müəllim və ya həkim qaydaları pozursa, dövlət qurumları qanun çərçivəsində addım atmalıdır. Hamı qanun qarşısında bərabərdir”.
Bunu Modern.az-a deputat Fazil Mustafa işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən müğənni Manaf Ağayevin həbs olunmasına münasibət bildirərkən deyib.
Deputat buna görə Daxili İşlər Nazirliyinə (DİN) təşəkkür edib:
“Müğənni, müəllim, həkim və digərləri qaydanı pozursa, buna qarşı dövlət qurumları addımlar atmalıdır. Belə bir addım atıblarsa, Daxili İşlər Nazirliyinə təşəkkür etmək lazımdır. Bu, onu göstərir ki, heç kimə fərq qoymadan eyni cür davranılır. Burada narahatlığa əsas yoxdur. Hesab edirəm ki, çox düzgün yanaşma olub. Mən bunu təqdir edirəm”.
Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan video geniş müzakirə obyektinə çevrilib.
Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq müğənnini məsuliyyətə cəlb edib. Bu gün məhkəmənin qərarı ilə Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.
Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Rusiyanın Amur vilayətində nodulyar dermatit, İtaliyanın Toskana regionunda və ABŞ-ın İndiana ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. […]
Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Vaz 21099” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.