Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Meksikadakı narkotik laboratoriyalarını məhv etmək üçün bu ölkədəki hədəflərə raket zərbələri endirməyi təklif edib.
Son günlər maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqdadır. Bu cərimələrin sosial vəziyyəti aşağı olan vətəndaşlar üçün əlavə yük olduğu və ləğvinin vacibliyi qeyd edilir. Hətta bəzi vətəndaşların Cinayət Məcəlləsinin 139-1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi halları da var.
30 aprel tarixində səhər saatlarından etibarən "Davam" Gənclər Hərəkatı tərəfindən sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsi məsələsinə çəkmək və təxirəsalınmaz addımların atılmasını tələb etmək məqsədi ilə beynəlxalq sosial media kampaniyasına start verilib. "Oxçuçay üçün hərəkətə keç" devizi altında baş tutan kampaniyada əvvəlcədən formalaşdırılmış və hər biri 30 gəncdən ibarət 10 qrup iştirak edib.