Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Rusiya Federasiyasının Komi Respublikasında "Azərbaycan" Cəmiyyətinin əsasını qoyan, 2015-ci ilə qədər cəmiyyətin sədri olan Qasımov Həsən Rəsul oğlu doğulduğu Salyan rayonu Kərimbəyli kəndinə geri döndükdən sonra ona məxsus olan torpaq sahəsinin başqaları tərəfindən zəbt edildiyini görüb.
Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ötən gün 17 yaşlı qızın intiharı zamanı xəsarət alan 1984-cü il təvəllüdlü Zahid Niyazovu təcili yardımla 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu rayonu) gətiriblər. Lakin ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb. Bu isə vətəndaşların öz xəstəsini dövlət xəstəxanasına etibar etməməsi məsələsini yenidən gündəmə gətirib.