Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin aprelin 7-də keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.
"Son yüzillikdə olduğu kimi yenə də Avrasiya dərin ziddiyyətlər, gərginliklər və qeyri-müəyyən gələcəklə üz-üzədir. I və II Dünya Müharibəsindən sonra ikinci dəfədir ki, bəşəriyyət irimiqyaslı müharibə və nüvə təhdidi altındadır. Xüsusilə də Avropanın geosiyasi sərhədləri daxilində gərginlik pik həddə çatıb".
"Sosial mənzil anlayışını Azərbaycan qanunvericiliyinə gətirən şəxs olaraq deyirəm ki, Azərbaycan sosial mənzil adı altında baş verən hadisələr bir qrup şəxsin varlanmağına xidmət edən, dost-aşnaya iş yeri yaradan, biznes fəaliyyəti ilə məşğul olmaq üçün bir "layihə"dir. Bu layihədən nə qədər tez imtina edilsə, Azərbaycanda rəqabətli ipoteka şərtləri formalaşa bilər".
"Azərbaycanla Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verməli, Brüssel görüşündə razılaşmaya sədaqətli olub, Rusiyanın hər hansısa bir formada vasitəçiliyindən imtina etməlidirlər".
Son vaxtlar telekanallarda yayımlanan sosial proqramlara ekspert kimi qatılan sənət adamlarının verilişə gələn insanları təhqir etməsi, aşağılaması cəmiyyətdə birmənalı qarşılanmır.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.