Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb, 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Ziya Gökalp, Durkheim sosiologiyasına istinad edərək, “kollektiv təsəvvürlər” anlayışının cəmiyyətdə baş verən sosial hadisələrə səbəb olduğu fikrini müdafiə edir. Məncə, yanaşma son dərəcə təsirli və dəqiqdir. Çünki cəmiyyətin emosional vicdanında hiss olunan ümumi baxış nöqtəsi kimi də qələmə verilən "kollektiv təsəvvür" məfhumu həmin cəmiyyətin sosyal hadisələrə yanaşmasını ortaya qoyur. Misal üçün cəmiyyətin böyük əksəriyyəti həqiqətən “ədalətli cəmiyyətik” deyəndə kollektiv şəkildə öz mövqeyini ifadə edir. (Z. Gökalp, Türkçülüğün Esasları, s. 70-72)
Keçmiş deputat və “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev tərəfindən Bakının Nərimanov rayonu ərazisində kəsilən ağaclarla bağlı məsələni İDEA ictimai birliyi də nəzarətə götürüb.
Ölkəmizin ən köklü brendlərindən olan Badamlı 75 illik yubileyi münasibətilə öz muzeyini yaradır. Bu muzeyin özəlliyi ondan ibarətdir ki, burada sizin də iziniz ola bilər.
Xəbər verdiyimiz kimi, ABŞ-nin Merilənd ştatının Baltimor şəhərində 57 yaşlı Devid Bennetə genetik kodu dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.