!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AMEA-da Rəyasət Heyətinin maaşları artırıldı: Alimlərinsə başı "payok"la aldadılır - REAKSİYA

Reklam: High Technic

Bəlkə hökümətdə elə hesab edirlər ki, alimlər hansısa “icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər?..

Millət vəkili: “AMEA-nın Rəyasət Heyətinin maaşlarının artırılmasının hansı motivlə olmasını bilmirəm. Rəyasət Heyətinin üzvləri də alimlərdir. Onların sayı da çox deyil”.

“Ola bilsin ilkin növbədə Rəyasət Heyətinin maaşları artırılıb. Digər mərhələdə bütün əməkdaşların da maaşlarının artırılması nəzərdə tutulub”.

Bu sözləri millət vəkili Fazil Mustafa AMEA-nın əməkdaşlarının- alimlərin əməkhaqqının artırılmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, Azərbaycan elminin vəziyyəti onsuz da acınacaqlı durumdadır. Bunun əsas səbəblərindən biri isə AMEA əməkdaşlarının çox aşağı maaş alması ilə bağlıdır. Maraqlıdır ki, büdcədən maliyyələşən bütün qurumların əməkdaşlarının maaşları artırılsa da, sıravi AMEA əməkdaşlarının – gənc və perespektivli alimlərin əməkhaqqları isə artırılmadı. Onsuz da yüksək maaş alan AMEA-nın Rəyasət Heyətinin maaşları isə artırıldı.

Heç kimə sirr deyil ki, AMEA-da çalışan və Azərbaycan elminin gələcəyi üçün “külüng çalan” gənc alimlərin maaşları onların daşıdıqları elmi-rütbəı ilə üst-üstə düşmür. Qiymət artımı zamanı hər dəfə ölkə daxilindəki qiymətləri xaricdəki, xüsusən də Avropadakı qiymətlərlə müqayisə edən hökümət üzvləri də yaxşı bilirlər ki, AMEA-da çalışan alimlərin maaşı gülüncdür və əslində rəmzi məna daşıyır. Çünki bizim alimimiz sıradan bir “JEK” fəhləsi qədər belə maaş almır və bu əndrabani hatarazlığı ortadan qaldırmaq üçün nə AMEA rəhbərliyi, nə də hökümətin iqtisadi qanadı heç bir addım atmır. Burda bir məsələyə diqqət çəkərək qeyd etmək istərdik ki, MEDİA haqlı olaraq jurnalistlərin maaşlarının ən azı 600 manat olmasını tələb edirsə də, AMEA rəhbərliyi uzun illərdir ki, öz alimlərinin haqqlarını müdafiə etmək üçün heç addım atmayıb. Nəinki addım, hətta cınqırlarını belə çıxarmayıblar.

Bunun fonunda isə əksəriyyəti sovet dönəminin tozlu arxuvlərinin təmsilçiləri olan AMEA-nın Rəyasət Heyətinin maaşları yenidə qalxıb. Sual olunur, niyə Rəyasət Heyətinin maaşları artır, amma sıravi AMEA əməkdaşlarının yox? Bunun səbəbini hökümətdən, ya da elə Maliyyə Nazirliyindən bir nəfər qalxıb məntiqli şəkildə izah edə bilərmi? Axı baş verən qiymət artımı hamının büdcəsində çatışmamazlıq yaratdığı kimi, alimlərin də ailə büdcəsində ciddi çatışmamazlıqlar yaradıb. Bəlkə hökümətdə elə hesab edirlər ki, alimlər hansısa “icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər?..

Bu vəziyyəti necə dəyərləndirmək olar? Hökümətin və eyni zamanda əməkdaşlarının alim deyil, süpürgəçi səviyyəsində yaşamalarına səssiz qalan AMEA rəhbərliyinin elmə və elm adamlarına belə münasibəti həm gənc alimlərə, həm də elmimizin gələcəyinə qarşı ədalətsizlik deyilmi?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Bir qurumun bir hissəsinin maaşını artırıb, digər hissəsinin maaşını artırmamaq kimi bir qayda yoxdur və açığı yaranmış bu vəziyyət mənim üçün də təəccüb doğuran məsələdir”.

Azərbaycan Milli Elimlər Akademiyasının sıravi əməkdaşlarının əmək haqqlarının artırılmamasının səbəbini və motivimi bilmədiyini qeyd edən millət vəkili PİA.az-a açıqlamasında alimlərinin maaşların mərhələ-mərhələ artırılmasını, yaxud da heç artırılmayacağını da bilmədiyini vurğulayıb:

“AMEA-nın Rəyasət Heyətinin maaşlarının artırılmasını, sıravi alimlərin maaşlarının hansı səbəbdən və hansı motivlə artırılmadığını bilmirəm. Rəyasət Heyətinin üzvləri də alimlərdir. Onların sayı da çox deyil. Yəqin ki, Azərbaycan Milli Elimlər Akademiyasında digər kateqoriyadan olan insanların da maaşları artırılacaq. Bir qurumun bir hissəsinin maaşını artırıb, digər hissəsinin maaşını artırmamaq kimi bir qayda yoxdur və açığı yaranmış bu vəziyyət mənim üçün də təəccüb doğuran məsələdir.

Ola bilsin ilkin növbədə Rəyasət Heyətinin maaşları artırılıb. Digər mərhələdə bütün əməkdaşların da maaşlarının artırılması nəzərdə tutulub. Çünki alimlərin sosial vəziyyəti doğrudan daha çox ağırdır.

Bir daha qeyd edim ki, mən yaranmış bu vəziyyətlə bağlı Azərbaycan Milli Elimlər Akademiyasının motivini bilmirəm. Maaşların mərhələ-mərhələ artırılacağını, yaxud da heç artırılmayacağını da bilmirəm. Bütün hallarda bu vəziyyətə bir açıqlama gətirilməlidir. Əgər alimlərin maaşları artırılmayacaqsa da, bunu məntiqli şəkildə əsaslandırmalıdırlar”./Pia/

www.yenicag.az

199
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100