!Reklam

Bayraktar AKINCI TİHA (Türk Pilotsuz Uçuş Aparatı), BAYKAR tərəfindən yerli və milli qaynaqlarla inkişaf etdirilərək, rəsmi nümayəndə heyətləri qarşısında, uçuş əsnasında milli olaraq inkişaf etdirilmiş bir təyyarənin çatdığı ən yüksək hündürlüyə çataraq, Türk aviasiya tarixindəki yüksəklik rekordunu qırıb. Göydə 38.039 fut (11594 metr) hündürlüyə yüksələn AKINCI, 25 saat 46 dəqiqə havada qalıb.

6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A. Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.