!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan yeni HOQQA: Bank hesablarındakı xarici valyuta müsadirə ediləcək

!Reklam – Yazi

Belarusda xarici valyutanın məcburi mübadiləsi haqda prezident Aleksandr Lukaşenkonun fərmanı qüvvəyə minib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, fərmanda xarici valyutanın saxlanması və zəruri hallarda məcburi mübadiləsi nəzərdə tutulur.

Belarus Milli Bankı bu gündən etibarən, ölkədə xarici valyutanın alışına qadağa qoymaq, mübadilə əməliyyatlarının məbləğ və müddətini müəyyənləşdirmək, həmin əməliyyatlar icazə vermək səlahiyyətinin icrasına başlayıb.

Bundan başqa, Milli Bank ölkənin iqtisadi təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə hüquqi şəxslərin bank hesabındakı xarici valyutanı müsadirə edə bilər. Qeyd olunan müsadirə hesabdakı xarici valyutanın rəsmi məzənnə əsasında mübadiləsini ehtiva edir.

Ölkənin “iqtisadi təhlükəsizliyinə təhdid” ifadəsinin altında Belarusun qızıl ehtiyatlarının kəskin azalması və milli valyutanın dəyərsizləşməsi başa düşülür.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv