Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bayraktar" Türk aviasiya tarixində hündürlük rekordunu qırdı - FOTO

“Bayraktar” AKINCI TİHA (Türk Pilotsuz Uçuş Aparatı), BAYKAR tərəfindən yerli və milli qaynaqlarla inkişaf etdirilərək, rəsmi nümayəndə heyətləri qarşısında, uçuş əsnasında milli olaraq inkişaf etdirilmiş bir təyyarənin çatdığı ən yüksək hündürlüyə çataraq, Türk aviasiya tarixindəki yüksəklik rekordunu qırıb. Göydə 38.039 fut (11594 metr) hündürlüyə yüksələn AKINCI, 25 saat 46 dəqiqə havada qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baykar şirkətinin mətbuat katibi məlumat verib.

BAYKAR-ın yerli və milli mənbələrlə inkişaf etdirdiyi Bayraktar AKINCI TİHA Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində Türk aviasiya tarixinin yüksəklik rekordunu qırıb.

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin və istifadəçi qüvvələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən “Uzun Uçuş və Yüksək Hündürlük Performans Testi” zamanı havaya qalxan AKINCI, 38.039 fut (11.594 metr) çatıb . Beləliklə göydəki bu yüksəkliyə ilk dəfə milli təyyarə ilə nail olunub.

Bayraktar AKINCI, TİHA-nın 38.039 futu qət etdiyi bu uçuşda 25 saat 46 dəqiqə havada qalıb.


Çorluda yerləşən AKINCI Uçuş Təlim və Test Mərkəzindən idarə olunan uzun uçuş fəaliyyəti zamanı havada 7507 km məsafəni qət edib. Bu günə qədər sınaq və təlim uçuşlarında 870 uçuş həyata keçirən AKINCI, ümumilikdə 347 saat 28 dəqiqə uçuş həyata keçirib.

Hazırda PUA-ların kütləvi istehsalı davam edir.

Qeyd edək ki, bundan öncə Bayraktar TB-2 rekord qırmışdı.

www.yenicag.az

287
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100