!Reklam

Mənə yüz il ömür arzulamayın, Bu qədər yaşayan hansı çiçəkdir? Sən yaşda qalmırsa tay-tuşun, tayın, Qurdla qiyamətə qalmaq deməkdir. Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim. Qapı-pəncərəni öz evimdəki Özüm aça bilim, bağlaya bilim. Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm. Tanrıdan bir ömür diləyin mənə, Hər vaxt sevə bilim, sevilə bilim.