!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal çirklənmə, NASA-nın çağırışları: “Artan xəstəliklərin hamısı...” - ARAŞDIRMA

!Reklam – Yazi

Son illərdə yer kürəsində toplanan dağıntılar və tullantılar qlobal problemə çevrilib. Bu gün kosmosda təxminən 2000 ədəd aktiv peyk var. Bundan əlavə, bu problemi həll etmək və telekommunikasiya xidmətləri göstərmək üçün bu peyklərin sayı artırılacaq.

Yenicag.az xəbər verir ki, ABŞ və Avropa ölkələri bu məsələ ilə bağlı ciddi çağırışlar etməyə başlayıb. Kosmosda artan tullantılar yüksək səviyyəli gigiyenik problemlərə yol açıb. NASA, İBM və digər dünyaca məşhur qurumlar bu sahədə müxtəlif addımlar atmağa davam edir.

Ətraf mühit tədqiqatçılarının fikrinə görə, kainatımızın çirklənməsində əsas rolu cəmiyyətimiz oynayır. Belə ki, dünyanın hər yerində insanlar dənizə, küçəyə, nəqliyyat vasitələrinə və s. məkanlara öz tullantı vasitələrini atır. Hətta alimlər son illərdə daha geniş yayılan astma, xroniki bronxit kimi ağciyər xəstəliklərini kosmosun çirklənməsi ilə əlaqələndirir.

Tokyoda yerləşən “Astroscale” adlı şirkət yer kürəsindəki çirklənmənin qarşısını almaq məqsədilə tullantıları avtomatik təmizləyən “ELSA” cihazını sınaqdan keçirir.

Avropa Kosmik Agentliyi və İsveçrənin “ClearSpace” startapı ilə birgə hazırlanmış orbit peyki də 2025-2026-cı illərdə qlobal çirklənmə problemini həll etmək məqsədilə kosmosa göndəriləcək.

Şahanə Paşa

www.yenicag.az

918
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv