!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sığorta sahəsində problem və boşluqlar: "Təəssüflər olsun ki..." - İQTİSADÇI

!Reklam – Yazi

“Qanunvericilikdə bununla bağlı konkretlik mütləq qaydada olmalı, müəyyən boşluqlar aradan qaldırılmalıdır”.

Bu sözləri həyat sığortası sahəsində olan problem və boşluqlardan söz açan iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında bildirib.

O bildirib ki, bu sığorta növü inzibati qaydada həyata keçirilir və riayət etməyən işəgötürənlər bu qayda əsasında cərimələnirlər:

“Sığorta məsələləri həqiqətən də aktual mövzudur. Hazırda bu məsələlərlə bağlı ciddi problemlər var. Həyat sığortası bütün dünyada tətbiq edilən ən vacib sığorta məhsullarından biridir. Belə ki, vətəndaşlar dolanışıqları üçün müəyyən iş yerlərində fəaliyyət göstərirlər. Bu fəaliyyət zamanı istər təbiət, istərsə də insan faktorundan hər hansısa bədbəxt hadisələr baş verə bilir. Bu cür hallar baş verdiyi təqdirdə həyat sığortası dövriyyəyə girməlidir.

Bildiyimiz kimi, Azərbaycanda da bu sığorta forması icbari qaydada tətbiq edilir. İşə götürənlər öz işçilərini bu sığorta növüylə təmin etməlidirlər. Bu fəaliyyətin həyata keçirilməsi inzibati qaydada həyata keçirilir və riayət etməyən işəgötürənlər bu qayda əsasında cərimələnirlər. Buna görə də müvafiq dövlət qurumları öz nəzarət mexanizmlərini həyata keçirirlər.

Bütün bunlara baxmayaraq ölkədə bu sahədə müəyyən problemlər hiss olunmaqdadır. Belə ki, problemlər qanunvericilikdə olan boşluqlar səbəbindən baş verə bilir. Məsələn, ailə üzvlərindən biri dünyasını dəyişdiyi təqdirdə yaxın qohumlar sığorta üçün müraciət etdiyi zaman məbləğin ödənilməməsiylə bağlı bəhanələr gətirilir. Bu kimi hallar da əhalidə sığorta şirkətlərinə qarşı nisbətən inamsızlıq yaradan faktorlardan biridir.

Yəni bir çox hallarda görürük ki, praktiki cəhətdən sığorta hadisələri zamanı bu və digər problemləri vətəndaşlar yaşaya bilirlər. Artıq bir çox ölkələrdə bu mexanizm daha işlək haldadır. Çox uzağa getmədən nümunə gətirmək olar ki, molla rejimi olan İranda belə bir nəfər ehtiyatsızlıqdan digərinin həyatına təhlükə törədərsə və ya son qoyarsa, bu zaman sığorta sistemi aktivləşir və bütün təminat məsələlərini həll edir.

Təəssüflər olsun ki, bizdə bununla bağlı probelmlər mövcuddur. Düşünürəm ki, qanunvericilikdə bununla bağlı konkretlik mütləq qaydada olmalı, müəyyən boşluqlar aradan qaldırılmalıdır. Qeyd edilən sahə üzrə dəqiq şəkildə işlər aparılmalıdır. Buraya hansı hallarda sığorta ödənilməli, miqdarı və nəyin sığorta hadisəsi hesab edilməli olduğu daxil edilməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv