Yeni rəis türk düşmənlərini Xidmətdən qovdu – “Qardaşlar”ın “Ailə podratı” ilə bağlı şok faktlar – Yenicag.Az

Reklam

Reklam

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb. Yeni rəis təmizliyə Firudin Nəbiyevin “ailə podrat”ını qovmaqla başlayıb.

Kadr islahatları çərçivəsində Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

Yenicag.az xəbər verir ki, Rövşən Səfərov ilə Mehman Səfərov qardaşdırlar. Sabiq rəis Firudin Nəbiyevin “sağ əli” olan Rövşən Səfərov xarici şirkətləri “hesaba oturması” ilə tanınır. Onun bu məsələdəki əsas adamı isə Qüdrət Məmmədovdur. Qatı türk düşmənçiliyi ilə tanınan Qüdrət Məmmədov Miqrasiyanın “Hacı Məmmədov”u olaraq da bilinirdi.

Hələ bir neçə il öncə Yenicag.az bu barədə yazmışdı:

“Azərbaycanda bir sıra məmurların özbaşınalığı bizim qədər xarici vətəndaşları da narahat etməkdədir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun özbaşınalığı, qanunsuz fəaliyyəti ilə bağlı bir müddət öncə də mətbuatda yazılmışdı. Lakin şəxsi maşını ilə gecə yarısı xarici, xüsusilə türk vətəndaşların evinə basqın edən, onları oğurlayaraq, deportasiya edən Qüdrət Məmmədova “dur” deyən olmadığı üçün həmin şəxs vəzifə səlahiyyətlərini aşaraq, Türkiyə Cümhuriyyəti vətəndaşlarına qarşı qərəzli münasibətini davam etdirir. Vaxtilə, İranla sərhəddə çalışarkən haqqında cinayət işi açılaraq, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılan Qüdrət Məmmədovun hansı yollarla yenidən yüksəldiyi ciddi sual doğurur”.

Hələ bir neçə il öncə onun barəsində deportasiya olunan vətəndaşlar bunları yazırdılar: “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həm fiziki, həm də mənəvi hücum, eyni zamanda DMX Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun bir türk düşməni olmasına dair tarixçəsi bizi çox narahat edir. Məhz onun tərəfindən türk iş adamlarının bir çox hallarda evindən oğurlanaraq, şəxsi avtomobillə aparılması, döyülməsi, deportasiya edilməsinə dair qərarlar çıxarır, səfirliyə belə müraciət etməsinə imkan vermədiyi bildirilir. Olduqca kinli şəxs olduğu bildirilən bu şəxsin bizi təqib etdirdiyinə dair də məlumatlar almışıq. Qısacası, Qüdrət Məmmədovu tanıyan şəxslər onun bizdən gec-tez ağır intiqam alacağını bildirirlər. Hətta bildirirlər ki, o, bizim Müvəqqəti Yaşama İcazəmizi ləğv etdirə və Azərbaycandan qısamüddətli səfər etdiyimiz zaman ölkəyə buraxdırmaya bilər. Açıqcası, biz bütün sənədlərimiz qaydasında olmasına rəğmən Qüdrət Məmmədov qorxusu altında yaşayırıq”.

Qüdrət Məmmədovun hamisi olan Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərovun adı isə türk şirkəti olan “İlk İnşaat”ı qanunsuz özbək işçiləri bəhanə edərək, “hesaba oturtması” ilə tanınır.

Bu barədə mətbuatda gedən xəbərlərdə deyilir: ““İlk İnşaat”ın çökməsində Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Rövşən Səfərovun da mühim xidmətləri var. Belə ki, 2012-ci ildən etibarən şirkəti “hesab”a “oturtduğu” iddia olunan Rövşən Səfərovun ilk olaraq, bu şirkətdən 1 milyon dollar rüşvət aldığı söylənilir. Xeyli sayda özbək və türkməni çalışdıran “İlk İnşaat”ın sonrakı illərdə də R.Səfərovdan asılı vəziyyətə düşdüyü vurğulanır. Belə ki, “bu şirkərdə çalışan əcnəbi işçilər qanuna uyğun olaraq miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydə alınmır, daha dorğrusu DMX rəhbərliyi buna göz yumur”. Bu göz yummanın R.Səfərovun sayəsində olduğu bildirilir. Qısacası, məmurların tamahı artdıqca, onları razı salmağa çalışan şirkət artıq “can verir”. Olan isə hər zaman olduğu kimi qara camaata dəyib. Günü gündən borcları artan şirkət bağlanarsa, aylarla almadıqları maaşları da batacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3224
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."