!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenicag.az yazdı, Zeynəb Xanlarova MM-də səsləndirdi: "Rasim Balayevi itirmək olmaz"

!Reklam – Yazi

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkili, dünyaşöhrətli xalq artisti Zeynəb Xanlarova çıxış edərək tanınmış aktyor, xalq artisti Rasim Balayevlə bağlı fikirlərini səsləndirib və aidiyyatı orqanlara müraciət edib.

Yenicag.az xəbər verir ki, millət vəkili sənətkara diqqət və qayğı göstərilməsini tələb edib:

“Üzümü tuturam Səhiyyə, Mədəniyyət və Turizm Nazirliyinə. Bu adam özünü sənətinə həsr edib, sənət uğrunda canı gedib. Onun canında can qalmayıb. Mən millətin adından xahiş edirəm. Rasim Balayev deyir ki, o qədər dərmanlar var ki, onlardan yalnız birini almağa pulum çatır. Rasim Balayev kimi sənətkarı itirmək olmaz. Sənətkarın qayğısına qalmaq, ona diqqət ayırmaq lazımdır”.

Qeyd edək ki, Zeynəb Xanlarovanın toxunduğu problemlə bağlı xalq artisti Rasim Balayev noyabrın 11-də Yenicag.az-a müsahibə verib. Aktyor müsahibəsində dərmana pul çatdıra bilmədiyini deyib.

Yazını oxumaq üçün klikləyin

Araz Zeynalov

www.yenicag.az

5568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv