Norveç dünyada ilk dəfə olaraq rəqəmsal radio yayımına keçib

Müəllif: resul

Editor

Norveçdə rəqəmsal radio yayımına keçid başlayıb. Ölkənin şimal-qərbində yerləşən Nurlann quberniyası nəinki Norveçdə, həmçinin dünyada ənənəvi FM şəbəkəsini ləğv edən ilk bölgə olub.

Yeniçağ.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yanvarın 11-də “NRK – P4” və “Radio Norge” milli radio kanalları ənənəvi FM şəbəkəsində yayımlarını dayandırıb. Bu tarixi hadisə hökumət nümayəndələri və Norveç radiosunun rəhbərliyinin iştirakı ilə təntənəli şəraitdə qeyd olunub.

Ölkədə rəqəmsal yayım texnologiyasının tətbiqi nəticəsində Norveçin milli radio kanallarını yalnız televiziya aparatı, internet və ya DAB (Digital Audio Broadcasting) adlanan radioqəbuledicilər vasitəsi ilə dinləmək mümkün olacaq.

Rəqəmsal radioyayıma keçid qərarı 2015-ci ilin yaz aylarında Norveç hökuməti və parlament tərəfindən qəbul edilib. Plana əsasən, FM şəbəkəsindən imtina tədricən baş tutacaq və 2017-ci il dekabrın 13-nə qədər yekunlaşacaq.

Tam şəkildə rəqəmsal radio yayımına keçilməsi iki il bundan əvvəl İsveçdə müzakirə olunsa da, yekun qərar təxirə salınıb və hələ ki, bu məsələyə qayıdılmayıb.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir