Son zamanlar geomaqnit qasırğası halları artıb. Mütəxəssislər bu hadisəni günəşdə baş verən partlayışlarla əlaqələndirir. Elə qarşıdaki 2 gün ərzində də güclü geomaqnit qasırğasının olacağı gözlənilir. Bu da insanlarda müəyyən diskomfort hallarının yaşanmasına səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
“Rusiya müharibəyə başlayanda onun ilk məqsədi Ukraynanın, heç olmazsa, böyük şəhərlərindən birini tutmaq idi. Yəni ilkin niyyət Kiyev olsa da, Kreml daha sonra bunu Xarkovla dəyişdi”.
Rusiya qoşunları bu gün səhər tezdən Xarkov vilayətinin şimal-şərqində qurudan hücuma keçib. Yüksək rütbəli hərbi mənbə bildirib ki, Rusiya ordusunun bölmələri bufer zona yaratmaq cəhdi ilə sərhədyanı Vovçansk şəhəri yaxınlığında bir kilometr irəliləyib.