Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyunda keçiriləcək.
Bu ilin payızından İsveçdə bir sıra müəssisələr altı ay müddətinə dördgünlük iş həftəsi və ya əmək haqqının saxlanması yolu ilə qısaldılmış iş günü tətbiq edəcəklər.
Ölkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının vaxtını 15 may 2024-cü ilədək uzatdı. Belə ki, mayın 15-dək 6 aylıqda 20 000 AZN-dək Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.