!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın və postsovet ölkələrinin BANK SİSTEMİ: “Bizim o səviyyəyə çatmağımız üçün...”

!Reklam – Yazi

“Əvvəllər yüksək risk kateqoriyası əsas gətirilərək, faizlər yüksək həddə müəyyən edilirdi”.

Bu fikirləri Azərbaycanın bank sisteminin və faiz dərəcələrini digər ölkələrlə müqayisə edən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bəzən banklar krediti 13 faizlə təklif etsələr də, yekunda həmin göstəricinin 20 faizdən çox olduğu üzə çıxır:

“Azərbaycanda obyektiv və subyektiv səbəblərdən özünəməxsus iqtisadi model tətbiq edilib. Həmin səbəblərdən biri Azərbaycanın digər postsovet məkanına mənsub olmasıdır. Keçmiş SSRİ-dən çıxan dövlətlərdə bu tip iqtisadi modellərin tətbiqi birmənalı olmur. Ölkədəki bank sistemini beynəlxalq tələblərlə qarşılaşdırdıqda, digər postsovet ölkələrində olduğu kimi, bizdəki sistemə “kassa sistemi” demək mümkündür.

2008 və 2015-ci illərdə yaşanan iqtisadi böhran zamanı Mərkəzi Bank bir çox beynəlxalq standartların tətbiqini həyata keçirdi. Bu çərçivədə qeyd edilməlidir ki, digər ölkələrlə müqayisədə Azərbaycandakı bank faizləri çox yüksəkdir. Təqribən 10-15 il əvvəl bankdan kredit və ya ipoteka əldə etmək istəyən vətəndaş rəsmi gəlirlərini sübuta yetirə bilmirdi.

Belə ki, banklar kredit verilməsini həyata keçirərkən, risklər qiymətləndirilirdi. Yüksək risk kateqoriyası əsas gətirilərək, faizlər yüksək həddə müəyyən edilirdi. Hazırda bu proses nisbətən asanlaşdırılıb və bu da gəlirlərin rahat isbatlanması ilə bağlıdır.

Lakin yenə də ölkənin bank sistemini Türkiyə, Rusiya, hətta postsovet ölkələrindən olan Qazaxıstanla müqayisə etdikdə, onlarda bu sahənin daha çox inkişaf etdiyini görə bilərik. Hazırda Azərbaycan da bu təkmilləşməyə doğru addımladığı üçün nəticənin əldə olunmasına bir qədər zaman lazımdır.

Praktikada problemli kreditlərin artmaması üçün yüksək bank faizləri müəyyən olunur. Düşünürəm ki, bununla bağlı mexanizmlərin tətbiq edilməsinin vaxtı çatıb. Bəzən banklar krediti 13 faizlə təklif etsələr də, yekunda həmin göstəricinin 20 faizdən çox olduğu üzə çıxır. Buna görə də ciddi mexanizmlərin tətbiq edilməsi və sığorta məsələlərinin tənzimlənməsi üçün müvafiq dəyişikliklər həyata keçirilməlidir”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv