İranın MAQATE-dən çıxışı: Bölgədə müharibə TƏHLÜKƏSİ ARTIR?

media-hightechnic-468x90

Son günlərdə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığını dayandırması regionda və dünyada siyasi gərginliyi artırıb. İran Prezidenti Məsud Pezeşkianın bu qərarı parlamentin müvafiq qərarından sonra verilməsi, ölkənin nüvə proqramı ilə bağlı beynəlxalq nəzarətin zəiflədiyini göstərir və bu da Qərb ölkələri, xüsusən ABŞ və İsrail tərəfindən narahatlıqla qarşılanır.

Politoloq Azər Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ və İsrail müəyyən səbəblərdən “gözləmə rejimindədir

media-azerhuseynovw

Yaxın perspektivdə İranın hərbi yolla vurulacağını düşünmürəm. Lakin bu, ABŞ və İsrailin İrana qarşı təzyiq siyasətindən imtina etdiyi anlamına gəlmir. Əksinə, bu planlar daim gündəmdədir. Sadəcə olaraq, hazırkı mərhələdə onların həyata keçirilməsi real görünmür. Bunun bir neçə səbəbi var. Əvvəlcə, ABŞ və İsrail indiyədək İrana qarşı strateji məqsədlərinə tam şəkildə nail ola bilməyiblər. Bu səbəbdən hazırda onlar üçün “gözləmə rejimi” zərurətə çevrilib. Düşünürəm ki, həm Amerika, həm də İsrail müəyyən qədər “nəfəs dərmək”, yəni özlərini toparlamaq və yeni mərhələyə hazırlaşmaq ehtiyacı hiss edirlər.

O əlavə edib ki, hazırda ABŞ, İsrail və İran daxilində daxili koordinasiyalar gücləndirilir, casus və təxribat şəbəkələrinin neytrallaşdırılması üçün vaxt qazanılır.

Tramp tərəfindən İrana edilən təkliflər göstərir ki, ABŞ əslində hərbi toqquşmadan çox, İranı müəyyən güzəştlərə məcbur etmək yolu ilə sıxışdırmağa çalışır. Bu da onu göstərir ki, İranı vurmaq məsələsi təkcə texniki deyil, həm də siyasi və hüquqi baxımdan mürəkkəbdir. Əgər beynəlxalq müşahidəçilərin iştirakı və hüquqi əsaslar olmadan bir dövlətin ərazisi bombalanırsa, bu, həmin dövlətə legitim arqumentlər verir ki, öz maraqlarını qorumaq üçün sərt addımlar atsın. Mən inanıram ki, Allahın izni ilə yaxın dövrdə proseslər tamamilə nəzarətdən çıxmayacaq və daha da gərginləşməyəcək. Hal-hazırda həm Amerika, həm İsrail, həm də İran müəyyən mənada “dincəlməyə” və daxili koordinasiyalarını gücləndirməyə ehtiyac duyurlar. Xüsusilə də İran daxilində mümkün casus və təxribat şəbəkələrinin neytrallaşdırılması üçün vaxt qazanmağa çalışırlar.

Onun sözlərinə görə, İranın birbaşa hərbi hədəf seçilməsi yaxın perspektiv üçün real görünmür, amma bu, bölgədəki gərginliyin tamamilə aradan qalxdığı anlamına gəlmir. Situasiyanın dəyişməsi yenidən bu məsələnin gündəmə gəlməsinə səbəb ola bilər.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600