Putinin “ət maşını”: “Əsgərlər eşşəklə hücuma keçirlər”

media-hightechnic-468x90

“Rusiyanın dərinliklərinə işləyə bilən raketləri Ukrayna əldə etdikdən sonra Rusiyanın əsas şəhərləri kabusa çevriləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Ekspert son vaxtlar Rusiya ordusunun yaşlı insanlardan ibarət motosikletlərdə, atlarda hərbi birliklər yaradaraq döyüşə göndərməsini şərh edib:

“Müharibənin dördüncü ilinə yaxınlaşırıq. 4 il ərzində Rusiya elə qəribə, məntiqsiz hərəkətlər edib ki, nəticədə də yüz minlərlə şəxsi heyət və texnika itirib. Son günlərdə yaşlı insanlardan ibarət sıravi birliklərlə hücum taktikası ilə hücuma keçməsi barədə onu deyə bilərəm ki, onlar fiziki cəhətdən əvvəldən də zəif idilər, indi onları yaşlarına rəğmən motosikletlərlə, atla, eşşəklə, velosipedlə şərait yaradılır ki, onlar hansısa tapşırığı yerinə yetirmək gücündə olsunlar. Nəzərə alsaq ki, Ukraynanın qara torpaqları keçilməz əraziyə çevrilib, qarşıdakı ayda bu mümkünsüz olacaq, qışda həm ağır texnika işlətmək olmur, o zaman şəxsi heyətin logistik məsələlərini həll eləmək çətinləşir. Ona görə də belə üsullarla hərəkət edirlər. Sözsüz ki, onlar sadəcə “ət maşını”dır. Çünki Ukrayna ən müasir dronlar istehsal edir, hər əsgərə 1 dron düşmək şərti ilə döyüşürlər. Ukraynanın artıq belə imkanları var. Onlar artıq yüksək dəqiqlikli dronlar istifadə edirlər. Onlar artıq 60%-dan çox hərbi məhsulları özləri istehsal edirlər”.

Ü. Cəfərov Rusiyanın hazırda irəliləyə bilməməsinin səbəbini səriştəsiz rəhbərlikdə görür:

“Rusiya ordusunun generalları Ukrayna ordusuna təzyiq göstərmək istəyirlər. Son günlər bir çox istiqamətdə Rusiya ordusunun verdiyi itkilər çox böyükdür. Rusiya generallarının, rəhbərliyinin səriştəsizliyindən irəli gəlir bu da. Bu 4 il ərzində Rusiya ordusu dəfələrlə eyni ərazini alıb daha sonra itirib, geri çəkilib sonra yenidən hücuma keçib və s. Ona görə də Rusiya ordusundan baş çıxarmaq çox çətindir. Onlar hələ də heç bir hədəflərinə çatmayıblar, bundan sonra da bu mümkün deyil. Düşünürəm ki, Rusiya bundan sonra da cəbhədə çox böyük çətinliklərlə üzləşəcək”.

Hərbi ekspert qeyd edib ki, Rusiya hazırda kəskin əsgər çatışmamazlığı çəkir:

“Rusiya hazırda ciddi əsgər çatışmamazlığı çəkməkdədir. Onlar Hindistana dəstək üçün müraciət ediblər, Afrika ölkəsi olan Keniyadan qüvvə istəyiblər. Bundan öncə də Ş. Koreya əsgərləri Kurskda döyüşürdülər, onların da minlərlə əsgəri öldürüldü. Məqsəd və məramın bilinmədiyi mənasız bir müharibədə ölənlər üçün abidə qoyurlar. Bundan sonra Rusiyanın faciəli günləri başlayacaq. Oktyabr ayı Rusiyanın dərinliklərinə işləyə biləcək raketlərin böyük bir partiyası Ukraynaya veriləcək. Həmin raketlərlə Moskva, Sankt-Peterburq və Rusiyanın digər əsas şəhərlərinin strateji obyektləri, neft emalı zavodları, hərbi hissələri, logistik mərkəzlər Rusiya üçün yaxın günlərdə kabusa çevriləcək. Ona görə Rusiya çox narahatdır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa