!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur nəşr: “Azərbaycan Cənubi Qafqazda açar ölkə halına gəlib”

!Reklam – Yazi

Rusiyanın Qarabağdan çıxışı çoxlarını təəccübləndirdi. Moskva Qarabağda olan qoşunlarını çıxartması və Azərbaycanın öz gücünü daha da artırması bölgədə yeni reallıqlar yaradıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Foreign Affairs” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya ilə Xəzər dənizində həmsərhəd ölkə olan Azərbaycan əhəmiyyətli neft və qaz ehtiyatlarına, eləcə də həm Rusiya, həm də Qərblə faydalı hərbi-siyasi əlaqələrə malik güclü oyunçu kimi meydana çıxıb.

Nəşrin məlumatına görə, Qarabağda Azərbaycanın nəzarəti tam bərpa etməsindən sonra Gürcüstan və Ermənistan sürətlə çalxalanır və bu iki ölkə fərqli istiqamətlərdə irəliləyir.

KİV əlavə edib ki, üç Cənubi Qafqaz ölkəsi arasında ən böyük və ən zəngin ölkə kimi Azərbaycan Rusiyanın Ukrayna müharibəsində başının qarışmasından ən çox faydalanıb.

“O, Şərq-Qərb enerji siyasətinin oyunçusudur, Gürcüstan və onun yaxın müttəfiqi Türkiyə üzərindən iki boru kəməri vasitəsilə Avropa və beynəlxalq bazarlara neft və qaz tədarük edir. İranla həmsərhədi olan o, həm də Moskva ilə Yaxın Şərq arasında şimal-cənub qapısı rolunu oynayır, Azərbaycan Cənubi Qafqazda açar ölkə halına gəlib”, – nəşrin məlumatına qeyd olunub.

“Foreign Affairs” analitikləri yazırlar ki, Rusiya Qarabağdan çıxsa da, Cənubi Qafqazdan çıxdığını söyləmək doğru olmaz:

“Moskva əvvəlki tək Ermənistanın Gümrü şəhərində 102-ci bazaya, İrəvanın “Erebuni” aerodromunda eskadriliyaya, eyni zamanda, Ermənistanın Türkiyə və İranla sərhədinə nəzarət xəttində mövcudluğu davam etdirir. Ermənistan iqtisadiyyatı tam olaraq Rusiyaya bağlıdır. Bundan əlavə, Rusiya Gürcüstanın limanlarını tam olaraq nəzarətdə saxlayır və Tbilisidən cəmi 60 km aralıqdadır. Lakin Rusiya hərbi gücünü azaltmaqla yumşaq gecə keçid etməyə çalışır. Burada digər önəmli məqam odur ki, Qarabağda Azərbaycanla anlaşaraq onun maraqlarını tanıyan Moskva eyni siyasəti Gürcüstanla da həyata keçirmək və Gürcüstanı yenidən özünə yaxınlaşdırmağa çalışır”.

Nəşr əlavə edib ki, Azərbaycanla normal və dərinləşdirilmiş münasibətlər Ukraynadakı münaqişənin yaratdığı iqtisadi boşluğu kompensasiya etmək üçün Qərblə yeni ticarət yolları yaratmaq yarışının bir hissəsidir.

“Başladığı gündən Qərb hökumətləri və şirkətləri “Orta Dəhliz” adlanan marşrutu – Qərbi Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Rusiyadan yan keçməklə Avropaya çatdırıldığı marşrutu modernləşdirməyə çalışırlar. Rusiya da öz növbəsində Gürcüstan və Azərbaycan vasitəsilə Yaxın Şərq və Hindistanla öz əlaqələrini genişləndirməyə çalışır”, – deyə qəzet yazıb.

Rafi Müslümov

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv