Baş nazir çılpaq fotolarından DANIŞDI: “Bir qadının şərəfinin bu şəkildə hədəfə alınması…”
İtaliyada yayınlanan “Phica” adlı internet saytı qadınların çoxsaylı şikayətləri nəticəsində bağlanıb. İtaliyan qarışdıran skandalın mərkəzində dayanan bu saytda incəsənət və siyasət dünyasından bir çox tanınmış simaların fotolarının təhrif edilərək paylaşıldığı məlum olub. Üstəlik, platformun 700 mindən çox aktiv üzvə malik olması ölkə ictimaiyyətində böyük etiraza səbəb olub. İtaliyanın Baş naziri Corcia Meloni də hədəfə alınanlar sırasındadır.
Yenicag.az xəbər verir ki, saytda xüsusilə incəsənət dünyasından məşhur qadınların fotolarının təhrif edilərək paylaşılıb.
Hədəfə alınanlar arasında Baş nazir Corcia Meloni, bacısı Arianna Meloni və müxalifət partiyası olan Demokratik Partiyanın baş katibi Elli Şxein də var.
İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən Baş nazir Meloni skandala sərt reaksiya göstərib:
“Bu iyrənc hadisə qarşısında dəhşətə gəldim. Bu forumun rəhbərlərinə və istifadəçilərinə qarşı məhrəmliyi pozulan, təhqir olunan və alçaldılan bütün qadınlara həmrəyliyimi bildirirəm.
2025-ci ildə bir qadının şərəfini bu şəkildə hədəfə almağı normal görənlərin olması utancvericidir. Məsul şəxslərin ən qısa zamanda tapılaraq ən ağır cəzaları almasını arzulayıram”.
Qeyd edək ki, həmin yayının serverlərinin xaricdə olduğu və İtaliya hüquq-mühafizə orqanlarınn mövzunu araşdırdığı bildirilir.