Polşada dünyanın ən qədim bumeranqı tapıldı: Yanında barmaqla - FOTO

media-hightechnic-468x90

Arxeoloqlar Polşada yerləşən Oblajova mağarasında mamont dişindən hazırlanmış unikal alət aşkar ediblər. 

Yenicag.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticəsi “PLoS One” elmi jurnalında yayımlanıb.

Araşdırmaya görə, 40 min il əvvələ aid olduğu ehtimal edilən alət insan barmağı fosili ilə birlikdə tapılıb. Tədqiqatçılar bu bumeranqın geri qayıtmayan, ov və gündəlik məişət işlərində istifadə olunan modellərdən olduğunu deyirlər.

Əvvəllər ən qədim bumeranq nümunələri, əsasən, Avstraliyada, xüsusən aborigen icmalarına aid ərazilərdə aşkarlanırdı. Lakin Polşadakı bu tapıntı homosapiensin texnoloji və simvolik davranışlarına dair yeni sübut kimi qiymətləndirilir.

Mütəxəssislər bu bumeranqın üzərindəki işarələrin ibtidai insanlarda bədii və mədəni kimliyin formalaşmasına dair ipucları verdiyini, eləcə də bölgədə şamanist ritualların mövcudluğunu göstərən insan barmağı fosilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar.

Alimlər bu tapıntının Avropanın və bəlkə də dünyanın ən qədim bumeranqı ola biləcəyini bildirirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600