!Reklam

Son günlər kirayə mənzil bazarında ev qıtlığı ilə yanaşı, qiymət artımı müşahidə olunmaqdadır. Tələbatın çoxluğu fonunda əksər ev sahibləri isə kirayə verdikləri evin aylıq ödənişini qaldırıb və nəticədə kirayəşinlər əlavə xərclə üzləşirlər. Ev sahiblərinin mövcud vəziyyətdən sui-istifadə edərək kirayəşini sıxışdırması isə birmənalı qarşılanmır.

Cəmi bir neçə gün sonra bütün ali və orta məktəblərdə ilk zəng çalınacaq. Valideynlərinin, nənə-babasının əlindən tutub məktəbə gedən birincilərin həyəcanı isə ikiqat olacaq. Hələ ağlayıb dərsə girmək istəməyənlər də olacaq. Tanış səhnədir, deyilmi? Az qala hər il məktəblərdə bu mənzərə ilə qarşılaşırıq. Zaman dəyişsə də, uşaqların ilk dərs günü həyəcanı dəyişmir. Bəs bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Bu yazını Respublika Klinik Xəstəxanasından yazıram. Belə bir alqış var ki, Allah heç kimin yolunu xəstəxanadan salmasın. Həqiqətən, Allah heç kimə xəstəlik verməsin, ancaq çürümüş səhiyyə sistemində, ümumiyyətlə, heç kəsin yolu xəstəxanadan düşməsin. Əgər yolunuz düşsə, bilin ki, xəstəliyinizə xəstəlik əlavə olunacaq, əsəb keçirəcək, stress yaşayacaq, həkim aşağılanmasına məruz qalacaqsınız.

Son zamanlar uşaqlara qarşı zorakılıqla bağlı neqativ hadisələrə sıx rast gəlinir. Yaxın günlərdə paytaxt məhəllələrinin birində uşaqlar oynadığı zaman bir qadın azyaşlı qız uşağını arxadan tutub uzun saçlarını dibindən kəsərək qaçıb. Uşaq qorxudan bir neçə saat sonra özünə gəlib. Ehhtimala görə, buna səbəb son günlər sosial şəbəkələrdə uşaq saçlarının alışının yüksək qiymətə olmasıdır. Xüsusən də narkoman qadınlar bu yola ələ ataraq tanımadıqları uşaqların saçını kəsib qaçırlar.