!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artistinin SON DURUMU: “Allahı çağırıb durmuşuq” - Qızından AÇIQLAMA

!Reklam – Yazi

“Atamın vəziyyəti yaxşı deyil, çox zəifdir. Yemək yemir, yuxu rejimi pozulub, səhərə qədər yatmır, dəhşət baş ağrıları olur…Əslində, biz onu müvəqqəti xəstəxanadan evə gətirmişdik, indi də xəstəxanaya getməkdən imtina edir. Ev şəraitində müalicə olunmasını istəyir”.

Bunu Xalq artisti Ənvər Həsənovun qızı atasının səhhəti ilə bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Xalq artistinin qızı bildirib ki, atasını yenidən xəstəxanaya aparacaq:

“MRT olunmalıdır, artıq növbəyə yazılmışıq. Bu gün axşamüstü xəstəxanaya MRT üçün  aparacam. Görək nə cavab olacaq. Nəticəyə uyğun olaraq müalicə kursu təyin olunacaq. Ürəyi, başı hamısı qarışıb bir-birinə. Nə qədər müalicə olunsa da, zəifliyini aradan qaldıra bilmirik. Həkim günaşırı evə gəlib, müayinə edir, maraqlanır. Allahı çağırıb durmuşuq”.

Qeyd edək ki aktyor əvvəlcə baş-beyin problemləri ilə xəstəxanaya yerləşdirilsə də, sonradan koronavirusla əlaqəli müalicə olunub.

Cəvahir

www.yenicag.az

835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv