!Reklam

Son günlər Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlar narahatlıq doğurmaya bilmir. Sayca dördüncü Brüssel görüşündən istər əvvəl, istərsə də sonrakı günlərdə Ermənistan tərəfindən Kəlbəcər və Laçın istiqamətində törədilən silahlı təxribatlar deməyə əsas verir ki, bu ölkənin siyasi-hərbi rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmək fikrində deyil.

Bir neçə gün öncə Laçında erməni faşistliyini əks etdirən görüntülər yayılıb. Belə ki, ermənilər əksər qəbirləri qazaraq içindən sümükləri götürüblər. Ermənilər Qarabağ ərazisində yerləşən qəbirlərdə qızıl dişlər axtarıblar. Ermənilər, həmçinin bütün qəbirləri, meşələri və binaları yandırıblar.